AZ

Almaniya: Heç kimin Ukrayna Sülh Sammitindən böyük gözləntiləri olmamalıdır

Almaniya kansleri Olaf Şolz bildirib ki, iyunda İsveçrədə keçiriləcək Ukrayna Sülh Sammitindən heç kimin böyük gözləntiləri olmamalıdır.

Şolz Stern jurnalına verdiyi açıqlamada İsveçrədə keçiriləcək sammitdə nüvə stansiyalarının təhlükəsizliyi, taxıl ixracı, məhbus mübadiləsi və nüvə silahlarının istifadəsi ilə bağlı tabu olması lazım olan məsələlərin müzakirə ediləcəyini bildirib.

"Heç kim böyük ümidlər bəsləməməlidir. Biz orada müharibənin dayandırılması ilə bağlı danışıqlar aparmayacağıq".

Şolz qeyd edib ki, “ən yaxşı halda, Ukrayna və Rusiya arasında birbaşa danışıqlara səbəb ola biləcək prosesin başlanğıcı” mümkün ola bilər.

Şolz, Avropa ölkələrinin Ukraynaya verdiyi dəstəyi qeyri-kafi hesab edərək, "Açığı, bu, kifayət deyil. Bu, çox üzücüdür, çünki Ukraynanın təcili olaraq daha çox hava hücumundan müdafiə sisteminə ehtiyacı var. (Rusiya Prezidenti Vladimir) Putin açıq şəkildə Ukraynanın infrastrukturunu məhv etmək istəyir" ,-deyə qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
aznews.az

1Mənbələr