AZ

Əhmədbəyli-Füzuli-Şuşa yolundakı eniş-yoxuşların mailliyi 6 dərəcədən çox olmayacaq

Füzuli, 14 may, Aydın Yavərzadə, AZƏRTAC

Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu digər yola nisbətən daha qısadır. Əsas hissəsi dağlıq relyefdən keçən yolda maksimum eniş-yoxuş mailliyi 6 dərəcədən çox olmayacaq ki, bu da gediş gəlişi daha çox rahatlaşdıracaq.

Yolda aparılan tikinti işlər haqda AZƏRTAC-a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qarabağ Layihələri üzrə Mühəndisi Əyyub Hüseynov müsahibəsində bildirib ki, ümumi uzunluğu 81,7 km olan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının inzibati ərazilərindən keçməklə inşa olunur.

Yol birinci texniki dərəcənin tələblərinə uyğun olaraq tikilir və ilk 48 kilometr hissəsi 6 hərəkət hissəli, 33,7 kilometr hissəsi isə 4 zolaqlıdır. Yolun torpaq yatağının eni 29,5 və 21,5 metrə bərabərdir. Yol oxu boyu 7 ədəd tunel 11 ədəd körpü, 9 ədəd viaduk, 38 ədəd alt keçid, 194 ədəd dairəvi boru mövcuddur. Avtomobil yolu boyu torpaq yatağı daxil olmaqla əsas işlərin icrası başa çatıb. Yol yatağının tikintisinə başlanılıb və əsasən qırmadaş layı, dənəvər layın və üst asfalt-beton layının işləri üçün tam hazırlıq görülüb. İşlərin vaxtında və keyfiyyətli aparılması üçün əraziyə kifayət sayda canlı işçi qüvvəsi və texnika cəlb olunub. Yol oxu boyunca yerləşən 7 ədəd tunel var. “Tunel-1”in uzunluğu birtərəfli olmaqla 3370 metrə bərabərdir.

Ümumilikdə isə 7 ədəd tunelin uzunluğu isə hər iki istiqamət daxil olmaqla 12690 metr təşkil edir və hər bir tunel 2 gediş və 2 gəliş zolaqlıdır. Tunellərin hərəkət hissəssinin eni 8 metr, qabariti isə 7 metr 32 santimetrdir. Tunellər də daxil olmaqla yolda əsas işlərin bu il tamamlanması nəzərdə tutulur. Növbəti ildə isə tunellərdə havalandırma və işıqlandırma, yol oxu boyu isə işıqlandırma işləri əyrixəttli brusların quraşdırılması və yolun nişanlanması işləri başa çatdırılacaq. Tunellər həm də yolun qısalmasında mühüm rol oynayır. “Tunel-1” hesabına yol 1 kilometr qısalmaqla həm də 10-a yaxın eniş-yoxuşlu hissənin maneə kimi aradan qaldırılması mümkün olur. Ümumilikdə isə yol üzərində inşa qurğular hesabına mövcud yol digər yola nisbətən 19,3 kilometr qısadır. Birinci texniki dərəcəyə uyğun inşa olunduğu üçün yolda maksimum eniş və yoxuş 6 dərəcədən çox olmayacaq ki, bu da daha rahat gediş-gəlişi təmin edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
180
4
azertag.az

5Mənbələr