AZ

I Qarabağ müharibəsi şəhidinin anım günündə xatirəsi yad edildi - FOTO

May ayının 14 - də Biləsuvar rayonunun Xırmandalı kəndində I Qarabağ müharibəsi şəhidi Rzayev Vurğun Səxavət oğlunun anım günü münasibətilə inşa edilmiş xatirə kompleksinin açılışı olub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid ataları, müharibə veteranları, partiya fəalları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra söz tədbir iştirakçılarına verilib.

Çıxış edənlər şəhid Vurğun Rzayevin I Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqdan, keçdiyi şərəfli döyüş yolundan söz açıblar.

Bildiriblər ki, bu gün Birinci Qarabağ müharibəsi şəhidlərinin ruhu şaddır. Çünki uğrunda şəhid olduqları, müstəqil və azad görmək istədikləri Azərbaycanın ərazi bütövlüyü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz tərəfindən bərpa olunub. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azadlığına qovuşub, üçrəngli bayrağımız bu ərazilərimizdə dalğalanır. Vətən uğrunda qəhrəmanlıqla vuruşaraq şəhid olan və döyüşlərdən qəhrəman kimi ayrılan, cəsur, igid, qorxmaz Azərbaycan oğullarına xalqımız daim minnətdar olacaq. Tədbirdə məktəblilər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.

Şəhidin doğmaları və yaxınları göstərilən diqqət və qayğıya görə qonaqlara təşəkkürlərini, ölkə rəhbərliyinə minnətdarlığlarını ifadə ediblər.

Azərbaycan Ordusunun əsgəri olan şəhid Rzayev Vurğun Səxavət oğlu 24 mart 1973-cü ildə Biləsuvar rayon Xırmandalı kəndində anadan olub. 1992-ci ildə Biləsuvar Rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. Rzayev Vurğun Murovdağ, Fizuli, Tərtər uğrunda gedən döyüşlərdə xüsusi fədakarlıqla vuruşmuşdur.

O, Ağdamın Suravənd və Selsuan kəndlərinin azadlığı uğrunda döyüşlərdə döyüşmüş və 12 may tarixində Suravənd kəndi uğrunda gedən qanlı döyüşdə qəhrəmancasına şəhid olmuşdur.

Allah rəhmət eləsin!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
1
sesqazeti.az

2Mənbələr