AZ

Rusiyanın Ukrayna şəhərinə qoşun yeritməsinin görüntüləri yayılıb

Rusiyanın

“Sky News”-in pilotsuz uçan aparatının görüntüləri Ukraynanın Xarkov vilayətinin Volçansk şəhərinə Rusiya qoşunlarının hücumunu və Ukrayna əsgərlərinin buna necə şiddətlə müqavimət göstərdiyini nümayiş etdirib.

Reyting.az
xəbər verir ki, bazar ertəsi yayımlanan digər görüntülərdə şəhərdə daha çox rus hərbçisinin olduğu göstərilib.

Oradakı hərbçilərdən biri isə deyib ki, bu, yalnız birinci dalğadır:

“Onlar bizim müdafiəmizi yoxlayır, artilleriya hazırlayırlar. Onlar şəhərə tam daxil olduqdan sonra ehtiyatlarını ortaya çıxaracaqlar”.

Başqa bir ukraynalı döyüşçü isə “Biz bu çətin şəraitdə necə lazımdırsa, mübarizə aparacağıq, sadəcə, başqa seçimimiz yoxdur, çünki evlərimiz, ailələrimiz, uşaqlarımız arxamızdadır”,- cavabını verib.

Rusiya qoşunlarının hava hücumları, sürüşmə bombaları, silahlı pilotsuz təyyarələr və ağır artilleriyadan istifadə etməklə şəhəri şiddətli atəşlə bombaladığı bildirilir.



ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
reyting.az

1Mənbələr