AZ

DSMF-nin 6,5 milyon manat vəsaitini mənimsəməkdə təqsirləndirilən əməkdaşının məhkəməsi başlayıb

Dövlət Sosial Müdafiə Fondunun 6,5 milyon manat vəsaitini mənimsəməkdə təqsirləndirilən əməkdaşı Vüsal Əliyevin cinayət işi üzrə məhkəməsi başlayıb.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən hazırlıq prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prokuror Rauf Malışov işin baxışa verilməsini təklif edib.

Daha sonra çıxış edən hakim cinayət işi üzrə əlavə araşdırmaya ehtiyac duyulduğuna hazırlıq prosesini təxirə salıb.

Məhkəmənin növbəti iclası mayın 21-nə təyin edilib.

İstintaqla müəyyən edilib ki, Vüsal Əliyevin saxta əmək kitabçaları, şəxsiyyət vəsiqələri və digər sənədlər hazırlayaraq ayrı-ayrı vətəndaşlara əsassız olaraq güzəştli şərtlərlə ailə başçısını itirməyə və ya yaşa görə əmək pensiyalarının təyin olunmasına nail olması, nəticədə Dövlət Sosial Müdafiə Fonduna məxsus ümumilikdə 6 milyon 500 min manatdan artıq pul vəsaitini ələ keçirib.

Vüsal Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313 (vəzifə saxtakarlığı), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və digər maddələri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
e-huquq.az

1Mənbələr