AZ

İsmayıllıda arvadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

İsmayıllıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Etibar Bədəlovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Bilal Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü Etibar Bədəlov İsmayıllı rayonunun Təzəkənd kəndi ərazisində arvadı, 1988-ci il təvəllüdlü Aytən Bədəlovanı bıçaqla xəsarətlər yetirərək öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
e-huquq.az

1Mənbələr