AZ

Putin Si Cinpinin dəvəti ilə mayın 16-17-də Çinə səfər edəcək

Rusiya prezidenti Vladimir Putin Çin prezidenti Si Cinpinin dəvəti ilə mayın 16-17-də Çinə səfər edəcək.

Bu barədə Kremlin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“İki dövlətin liderləri hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyət məsələlərinin bütün spektrini ətraflı müzakirə edəcəklər”, - deyə qeyd edilib.

Putin və Si Cinpin həmçinin ikitərəfli əməkdaşlığın gələcək inkişafı üçün əsas istiqamətləri müəyyənləşdirəcək və ən aktual beynəlxalq və regional problemləri müzakirə edəcəklər.

İki ölkə liderləri diplomatik münasibətlərin qurulmasının 75 illiyi və Rusiya və Çin Mədəniyyət İllərinin açılışı münasibətilə keçiriləcək qala gecəsində iştirak edəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
50
aznews.az

10Mənbələr