AZ

ABŞ-ın ən böyük düşməni bu ölkədir - Sorğu

Çin artıq dördüncü ildir ki, ABŞ-ın ən böyük düşmənidir.

Axar.az xəbər verir ki, bu barədə “Gallup” araşdırma mərkəzinin keçirdiyi sorğusunun nəticələrində bildirilib.

Araşdırmanın nəticələrinə görə, amerikalıların 41 faizi Çini ən böyük düşmən hesab edir. Çindən sonra Rusiya 26 faizlə ABŞ-ın düşmənləri arasında ikinci yeri tutur.

Sorğu nəticələrinə əsasən, ABŞ-ın düşmənləri sırasında İran üçüncü yerdə qərarlaşıb.

Bildirilib ki, İranın ABŞ-a qarşı düşmənçilik və təhlükə səviyyəsi 2023-cü il ilə müqayisədə 2 faizdən 9 faizə yüksəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
2
axar.az

3Mənbələr