AZ

Onlar Avro-2024-də olmayacaq

Almaniya millisinin daimi üzvlərindən ikisi Avropa Çempionatının final mərhələsində çıxış edəcək heyətdə yer almayacaq.

Publika.az "Blid"ə istinadən xəbər verir ki, Dortmund "Borussiya"sının müdafiəçisi Mats Hummels və "Bayern"in yarımmüdafiəçisi Leon Qoretska ölkələrində keçiriləcək qitə çempionatından kənar qalacaqlar. Yığmanın baş məşqçisi Yulian Naqelsmann müvafiq olaraq 35 və 29 yaşları olan futbolçuların xidmətinə ehtiyac duymayıb.

37 yaşlı mütəxəssis Almaniya millisinin Avro-2024 üçün yekun heyətini mayın 16-da açıqlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
publika.az

1Mənbələr