AZ

Öldürülən müsavatçı İsa Qəmbərə rəqib imiş - Yeni faktlar

Xəbər verdiyimiz kimi, bu gün qətlə yetirildiyi məlum olan Müsavat Partiyasının fəal üzvü ilə bağlı yeni məlumat ortaya çıxıb.

News24.az bildirir ki, Teleqraf.com-un əldə etdiyi məlumata görə, Natiq Mehdi Məhəmməd oğlu (Natiq Ulubəy) mayın 4-də Müsavat Partiyasının keçirilən sonuncu qurultayında başqanlığa namizəd olub.

O, Müsavat başqanlığı uğrunda İsa Qəmbərlə yarışıb.

Qeyd edək ki, Müsavat Partiyasının bir neçə gündür itkin düşmüş üzvünün qətlə yetirildiyi məlum olub. Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

Müəyyən edilib ki, 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlu iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşları tərəfindən Elsəvət İslamov saxlanılaraq istintaqa təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Natiq Mehdi Məhəmməd oğlu Müsavat partiyasının fəallarından olub.

Natiq Mehdi Bakı şəhərindəki orta məktəblərdən birində mühafizəçi vəzifəsində çalışırmış.

Xatırladaq ki, Natiq Mehdi 3 gün əvvəl itkin düşmüşdü. Yaxınları onun öz avtomobili ilə birgə itkin düşməsi ilə bağlı polisə məlumat vermişdilər.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
news24.az

1Mənbələr