AZ

Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə nəqli ilə bağlı razılıq əldə olunub-Alparslan Bayraktar

Bu gün Bakı və Ankara arasında təbii qaz sahəsində imzalanan saziş çərçivəsində Türkmənistan qazının Azərbaycan və Gürcüstan ərazisi ilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub.

“İki sahil” "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə sazişin imzalanmasından sonra deyib.

A.Bayraktar Türkiyə ilə Azərbaycanın birgə Bakı-Tbilisi-Ərzurum layihələri və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) çərçivəsində əməkdaşlığı davam etdirdiyini xatırladıb.

“Bu layihələr vasitəsilə Bakı və Ankara təkcə öz təchizat zəncirlərinin təhlükəsizliyini təmin etmir, həm də Avropanın enerji təchizatının təhlükəsizliyinə mühüm töhfə verirlər. Bugünkü razılaşma təbii qaz sahəsində əməkdaşlığımızda yeni mərhələni qeyd edəcək. Bu, 2030-cu ilə qədər Azərbaycan qazının, eləcə də Xəzər dənizinin qaz ehtiyatlarının Türkiyəyə əlavə həcmdə nəqlini təmin edəcək. Bundan əlavə, qazın bir hissəsi Türkiyədən keçməklə Avropaya daşınacaq. Əhəmiyyətli bir məqam da ondan ibarətdir ki, saziş çərçivəsində biz Türkmənistan təbii qazının Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə nəqli ilə bağlı razılığa gəldik”, - o bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
ikisahil.az

1Mənbələr