AZ

AK İspaniyanı "Huawei"yə qarşı məhdudiyyətləri sərtləşdirməyə çağırır

Avropa Komissiyası İspaniya hökumətindən ölkənin Çinin “Huawei” şirkətinə qarşı effektiv məhdudiyyətlər sistemi tətbiq etdiyinə dair sübut tələb edib.

Valyuta.az xəbər verir ki, bu barədə “El Pais” qəzeti yazıb.

Brüssel Madriddən riskli təchizatçıların regionda 5G şəbəkələrini yayarkən məhdudiyyətlərə məruz qalacağına dair təminat axtarır.

AK 2020-ci ilə kimi "Huawei" kimi xarici avadanlıq təchizatçılarını Avropa İttifaqında 5G şəbəkələri yaratmaq üçün təchizat zəncirlərindən kənarlaşdırmağı tövsiyə edib. Bir il əvvəl Brüssel "Huawei"nin 5G texnologiyalarını təhlükəli hesab etdi və onlardan tamamilə imtina etmək niyyətini açıqladı.

Keçən həftə ABŞ "Huawei"ni yeni sanksiyalarla cəzalandırıb, "Intel" və "Qualcomm"a çiplərini Çin şirkətinə satmağı qadağan edib.

Paşa Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
50
valyuta.az

10Mənbələr