AZ

Ermənistandakı mitinqlərdə hansı nəticələr gözlənilir? – Ehtimal olunan üç VARİANT

“Mitinq təşkil edənlər istəklərindən biri odur ki, Paşinyanı devirə bilməsələr də, onun başladığı işi yarımçıq saxlasınlar”.

Bu fikri Yenicag.az-a açıqlamasında Ermənistanda baş verən hadisələri dəyərləndirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev səsləndirib.

Elşad Musayevin sözlərinə görə, Rusiya Paşinyan hakimiyyətini cəzalandırmaq istəyir.

“Ermənistanda mitinqlərin olması iki istiqamətdən izah olunmalıdır. Bir tərəfdən, Ermənistan cəmiyyətində narazı kütlə var və onlar Azərbaycanın ərazi bütövlüyünü tanımırlar. Digər tərəfdən isə ölkədə baş verənlərdən istifadə etmək istəyən qüvvələr siyasi hakimiyyətə yiyələnmək istəyirlər və fürsətdən istifadə edirlər”, – deyə o bildirib.

O qeyd edib ki, Paşinyanın rəqibləri dəfələrlə ona qarşı mitinqlər təşkil ediblər:

“Açığı, bu qədər çox insan cəmləyə bilməmişdilər. Maraqlı odur ki, proseslərin bayraqdarı erməni keşişidir. O heç bir siyasi qüvvəni təmsil etmədiyi üçün neytral kəsimi öz ətrafına cəlb edə bilib”.

E.Musayev vurğulayıb ki, prosesin başında Rusiya xüsusi xidmət orqanları dayanıb:

“Kilsə daim Rusiyaya bağlı olub.

Nəticə baxımdan bir neçə variant mümkündür. Birinci variant Paşinyanın devrilməsidir. İkinci variant Paşinyan hakimiyyətini devirə bilməsələr də, hakimiyyət daxilində qarşıdurma yaratsınlar və komandanı zəiflətsinlər. Üçüncü variant isə Paşinyanı devirə bilməsələr də, onun başladığı işi yarımçıq saxlamaqdır.

Ona görə də deyirdik ki, fürsətdən yararlanmaq lazımdır, danışıqları uzatmaq olmaz. Danışıqlar uzandıqca müxtəlif bəhanələr üzə çıxır”.

Səxavət Məmməd

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
yenicag.az

1Mənbələr