AZ

Avtomobil oturacaqları xərçəngə səbəb olur! -Yay aylarında daha təhlükəlidir

Gündəlik həyatda, xüsusən də əhalinin sıxlığının yüksək olduğu bir ərazidə yaşayırsınızsa, çoxlu hava çirkliliyinə və hətta bir çox kanserogen maddələrə məruz qalırsınız.

Bəs sizə hər gün sürdüyünüz və ya mindiyiniz avtomobilin xərçəngə səbəb olduğunu desək, nə düşünərsiniz?

Bu yaxınlarda "Environmental Science and Technology” jurnalında dərc edilən araşdırmaya görə, avtomobil oturacaqları xərçəngə səbəb ola bilər.

Bildirilir ki, 2015-ci ildən bəri ABŞ-ın 30-a yaxın ştatında istehsal olunan daxili yanma mühərrikli, elektrik mühərrikli və hibrid 101 ədəd avtomobil modelində alov gecikdirən maddələrdən istifadə edilib. Alov gecikdiricilər isə xlor, azot, bromid, bor, alüminium və s. maddələrdən əldə olunur.

Avtomobilin içindəki havanın tədqiq edildiyi araşdırmada avtomobil oturacaqlarındakı bu maddələrin havaya qarışdığı anlaşılıb. Avtomobillər yay və qış aylarında yoxlanılıb və temperaturun havanın keyfiyyətinə təsir etdiyi də müşahidə edilib.

Müəyyən edilib ki, havaların isti olması kimyəvi maddələrin maşının içindəki havaya daha çox qarışmasına səbəb olur. Bu isə yay aylarında alov gecikdiricilərə daha çox məruz qalmaq deməkdir.

"Nəzərə alsaq ki, bir sürücü hər gün avtomobildə ən azı bir saat vaxt keçirir, bu, əhəmiyyətli bir ictimai sağlamlıq probleminə çevrilə bilər”, - deyə Duke Universitetinin alimi Rebeka Hon bildirib.

Onun sözlərinə görə, bu maddələrə məruz qalmaq istəməyənlər mümkün qədər pəncərələri açıq səyahət etməli, həmçinin avtomobillərini kölgəli yerlərdə saxlamalıdırlar.

Ancaq təəssüf ki, hələlik bu maddələrdən tam uzaqlaşmaq mümkün deyil.


Aysel


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
195
2
medicina.az

3Mənbələr