AZ

Zelenski və Makron Xarkov istiqamətində vəziyyəti müzakirə edib

Ukrayna Prezidenti Vladimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
APA xəbər verir ki, bu barədə Prezident Zelenski "X" hesabında bildirib.
Fransa Prezidentinin Sülh Sammitində iştirakını təsdiqlədiyini deyən Zelenski Sülh Formulunda xüsusilə də nüvə təhlükəsizliyi ilə bağlı məsələdə Fransanın vacib rol oynadığını qeyd edib.
"Biz Qlobal Cənub ölkələrinin sammitdə iştiraka həvəsləndirilməsinin vacibliyini də müzakirə etdik və bu məsələ ilə bağlı mövqelərimizi razılaşdırdıq".

Prezidentlər həmçinin cəhbədəki vəziyyəti də müzakirə ediblər: "Cəbhədəki vəziyyət, xüsusən Xarkov istiqamətində vəziyyəti hərtərəfli müzakirə etdik. Biz Ukraynanın müdafiə ehtiyaclarına, xüsusilə hava hücumundan müdafiə, artilleriya, uzaq mənzilli raketlər və döyüş sursatları barədə danışdıq.
Fransanın Ukraynaya güclü müdafiə yardımına görə Prezident Makrona təşəkkür etdim və onu yaxın gələcəkdə ölkəmizə səfərə dəvət etdim", Zelenski qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
188
8
apa.az

9Mənbələr