AZ

Fermerdən maraqlı üsul - Toyuqlara klassik musiqi dinlədərək məhsuldarlığı artırdı - FOTO

Türkiyənin Batman bölgəsində yaşayan 70 yaşlı Əziz Teymur məhsuldarlığı aşağı olan toyuqlarına klassik musiqi dinlətdirərək məhsuldarlığını 4 dəfə artırıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, təsərrüfat sahibi bu yolla 2-3 yumurta verən toyuqlarının məhsuldarlığı 12-13 yumurtaya qədər artırdığını deyib. 

Məlumata görə, Batmanda işlədiyi müəssisədən təqaüdə çıxdıqdan sonra Kuyubaşı Məhəlləsindəki bağ evində yaşayan və məhəllənin “Müqəddəs babası” kimi tanınan Əziz Teymur təqaüdçülüyünü torpaqda işləyib, toyuq-cücə yetişdirməklə yaşamaq qərarına gəlib. Uzun müddət aldığı 30 kənd toyuğundan yumurta götürə bilməyən Teymur çarə axtarmağa başlayıb.

Baytarlara müraciət edən və müxtəlif heyvan dərmanlarından istifadə edən təqaüdçü internet saytlarına girərək çarə axtarmağa başlayıb. İnəklərini klassik musiqi dinlətdirərək süd məhsuldarlığını artıran fermerlə bağlı internet saytında xəbərə rast gələn Teymur, toyuqlarına da klassik musiqi dinlətməyə qərar verib. Bir müddət sonra Teymur toyuqlarında dəyişiklik görüb və yumurta sayında artım olduğunu müşahidə edib. 10 gündə yumurta sayının 3-dən 12-yə yüksəldiyini görən Teymur toyuqlara dinlətdirdiyi klassik musiqi repertuarını genişləndirməyə başlayıb. Teymur indi toyuqlarını Bethoven və Motsartı dinlətməklə məhsuldarlığı daha da artırmağı hədəfləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
1
baku.ws

2Mənbələr