AZ

Lənkəranda ahıl kişiyə qarşı dələduzluq edildi

Bakı. Trend:

Ondan kömək istəyən ahıl vətəndaşı talayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Lənkəranrayon sakini olan ahıl yaşlı kişi kömək üçün müraciət etdiyi şəxstərəfində talanıb.

O, Bakı şəhərində yaşayan qohumuna ödəniş terminalı vasitəsi iləpul göndərmək istəyib. Buna görə yaxınlıqdan keçən bir nəfərdənkömək istəyib. Həmin şəxs isə 350 manatı göndərməli olduğu hesabayox, öz bank kartına yükləyib. Zərərçəkəni də əmin edib ki, pulonun dediyi ünvana çatıb.

Həmin şəxsin müraciətindən sonra Lənkəran ŞRPŞ-ninəməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdəşübhəli bilinən rayon sakini K.Əlizadə müəyyən edilərəksaxlanılıb.

Araşdırmalar aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
10
az.trend.az

10Mənbələr