AZ

Gürcüstan daha da qarışacaq: Qalmaqallı qanun qəbul olundu

Gürcüstan parlamenti xarici agentlər haqqında “Rusiya” qanunu” kimi tanınan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü və yekun oxunuşda qəbul edib. 

“Cebhe.info” xəbər verir ki, 84 deputat lehinə səs verib. Parlamentin 30 üzvü sənədə qarşı çıxıb.

Səsvermədən sonra qanun layihəsi imzalanmaq üçün prezidentə təqdim olunacaq. Dövlət başçısı Salome Zurabişvili artıq sənədə veto qoyacağını bəyan edib. Bununla belə, hakim partiya vetonu ləğv etmək niyyətindədir. Bunun üçün kifayət qədər deputat mandatı var.

Parlamentdə səsvermə iştirakçıların “Rusiya qanunlarına yox!”, "Qullar!" şüarları səsləndirdiyi etiraz aksiyası fonunda keçirilib. 

Gürcüstanın Tbilisi və digər şəhərlərində etiraz aksiyaları bir aya yaxındır ki, davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
cebheinfo.az

1Mənbələr