AZ

"COP29 beynəlxalq əməkdaşlıq və qarşılıqlı olaraq ortaq mövzuların müzakirəsi üçün əlverişli platformadır"

"COP29 tədbiri Azərbaycanın müstəqillik tarixində miqyasına görə ilk beynəlxalq tədbir olacaq. Bu Azərbaycan üçün böyük sınaqdır ki, belə bir tədbir məhz ölkəmizdə keçiriləcək. Bundan əvvəl olan tədbirlər kimi, bu tədbirində ölkəmiz üçün bir neçə müstəvidən olduqca vacib əhəmiyyəti var. Birincisi, COP 29 əsasən dünyada iqlim dəyişikliyi və bunun nəticəsi olaraq qarşıya çıxan problemlərin effektiv və beynəlxalq səviyyədə həll olunmasını hədəfləyib. Bu baxımdan COP29 Azərbaycan üçün də vacib sayıla bilər. Belə ki, ötən 30 il ərzində Ermənistan tərəfindən Azərbaycana qarşı kütləvi olaraq ekosid cinayəti törədilib. On min km-dən çox ərazı tamamilə talan edilib, ekoloji fauna və flora məhv edilib, çaylar zəhərlənib, qiymətli ağac növləri kəsilib, bir sıra heyvanların və bitkilərin kökü kəsilib və ən nəhayət ərazinin çox hissəsi minalanıb ki, bu günə qədər bunun ağrı və acısını hiss edirik. Bu məslələr heç şübhəsiz ki, tədbirdə iştirak edəcək nümayəndələrin diqqətinə çatdırılacaq".

Bu barədə BiG.AZ-A politoloq Amid Əliyev deyib.

O bildirib ki, bu beynəlxalq əməkdaşlıq və qarşılıqlı olaraq ortaq mövzuların müzakirəsi üçün əlverişli platformadır. Bu tədbir zamanı Azərbaycan nümayəndə heyətlərinə Cənubi Qafqazda sülh siyasətinin qorunması və bu istiqamətdə görülən işlər eyni zamanda isə bu siyasətə qarşı çıxan qüvvələrin məkirli siyasəti haqqında ətraflı məlumat veriləcək. Tədbirin Azərbaycanda keçirilməsi son zamanlar Azərbaycana qarşı qara PR kompaniyasını həyata keçirən bir sıra dövlətlərə və siyasi dairələrə də ciddi mesaj kimi qəbul oluna bilər. Azərbaycan hər zaman istənilən mövzuda əməkdaşlığa hazır olduğunu dəfələrlə bəyan edib. COP29 və bu qisimdən olan digər beynəlxalq tədbirlərin məhz davamlı olaraq Bakıda keçirilməsi buna bariz nümunədir.

"Azərbaycanı da dünyada baş verən iqlim dəyişikliklərinin təsirindən əziyyət çəkən ölkə kimi təsrifləndirmək olar. Son illər müşahidə olunan quraqlıq mövsümü Azərbaycanda şirin suya olan tələbatın artmasına səbəb olmuş, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi bir sıra əlavə ekoloji problemlər yaratmış, dağ ərazilərində buzlaqların əriməsi, sel və daşqınların sosial infrastruktura vurduğu ziyan kimi faktlar bu tədbirdə Azərbaycanı aparıcı ölkələrdən birinə çevirmiş olur.

Bildirmək lazımdır ki, təbirin davam etdiyi müddət ərzində dünyanın bir sıra tanınmış KİV akkreditasiya olunmuş nümayəndələri məhz Bakıdan xəbərləri dünya dövlətlərinə çatdıracaqlar ki, bu da öz növbəsində Azərbaycanın ən azından tədbir zamanı gündəlik olaraq dünya xəbərlərdə səsləndirilməsi olacaq.

Bütövlükdə COP29 tədbiri Azərbaycanın nəinki regionda eləcə də dünya miqyasında mövqeyinin möhkəmlənməsinə, dünya siyasətinin aparıcı aktoru rolunda çıxış etməsinə və yeni əməkdaşlıq platformalarının yaranmasına xidmət edəcək".
AYSEL ƏKBƏR


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
big.az

1Mənbələr