AZ

Bakıda budo döyüş növü üzrə Açıq Respublika Turniri keçirilib

Bakıda

Bakı, 14 may, AZƏRTAC

Bakıda budo döyüş növü üzrə Açıq Respublika Turniri keçirilib.

Azərbaycan Budo Döyüş Növləri Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışda Sumqayıt, Göyçay, Ağdaş, Ağdam, Goranboy, Qusar, Tovuz, Şəmkir, Füzuli, Şuşa, İmişli, Astara, Lerik, Yevlax, Nizami rayonundan, eləcə də klublardan 300-dən artıq idmançılar iştirak ediblər.

İştirakçılar Free Kontakt, Full Kontakt, Submission, B-1, F-1 növləri üzrə mübarizə aparıblar. Sonda qaliblərə diplomlar və bel kəmərləri təqdim edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
azertag.az

1Mənbələr