AZ

Qəbiristanlıqda əylənən beş yeniyetmə polis bölməsinə aparıldı - VİDEO

Qəbiristanlıqda video çəkərək əylənən beş nəfər müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı Oxu.Az-a açıqlamasında bildirib ki, Suraxanı rayonunda yerləşən qəbiristanlıqlardan birində çəkilərək sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb:

“Videonu lentə alan və orada olan beş nəfər yetkinlik yaşına çatmayan şəxs müəyyən olunaraq valideynlərinin iştirakı ilə polis bölməsinə gətiriliblər. Əməli törədənlərin valideynləri ilə profilaktik söhbətlər aparılıb və övladları üzərində nəzarəti daha gücləndirməyin vacib olduğu diqqətə çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir”.

Almaz Qasımova 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
193
6
oxu.az

7Mənbələr