AZ

Lənkəranda ahıl kişini talayan şəxs tutulub

Lənkəran rayon sakini olan ahıl yaşlı bir kişi kömək üçün müraciət etdiyi şəxs tərəfində talanıb. O, Bakı şəhərində yaşayan qohumuna ödəniş terminalı vasitəsi ilə pul göndərmək istəyib. Amma zərərçəkən terminalın iş prinsipindən baş çıxarmadığı üçün yaxınlıqdan keçən bir nəfərdən kömək istəyib.

DİN-dən "Operativ Media"ya verilən məlunata görə, həmin şəxs 350 manatı göndərməli olduğu hesaba yox, öz bank kartına yükləyib. 

Həmin şəxsin müraciətindən sonra Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakini K.Əlizadə müəyyən edilərək saxlanılıb.

Araşdırmalar aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
10
operativmedia.az

10Mənbələr