AZ

13 yaşlı Əfsanəni oğurlayan 45 yaşlı kişiyə bu qədər cəza verildi

Keçən ilin aprel ayında Tovuz rayon sakini olan 13 yaşlı Əfsanə Tağıyevanı qaçıran Xaçmaz rayon Xudat şəhər sakini Səfər Kavazova 16 il həbs cəzası verilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, məhkəmə S.Kavazovu Cinayət Məcəlləsinin 144.3 və 149-cu (Adam oğurluğu) maddəsi ilə təqsirli bilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin keçən həftə çıxardığı hökmlə o, 16 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Məlum olub ki, “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Xudat Ailə Sağlamlıq Mərkəzində mühafizəçi işləyən Səfər Kavazov yeniyetmə qızla sosial şəbəkədə tanış olub və onu yaşadığı yerə apararaq qapalı yerdə saxlayıb. Bu dövrdə o, qıza xəsarətlər yetirib.

Qeyd edək ki, keçən ilin aprelində 13 yaşlı Əfsanə Tağıyevanın Tovuzda müəmmalı şəkildə yoxa çıxması böyük müzakirələrə səbəb olmuşdu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
publika.az

1Mənbələr