AZ

Beynəlxalq Ailə Günü ərəfəsində ənənəvi “Ailə Festivalı” keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Beynəlxalq Ailə Günü ərəfəsində ənənəvi “Ailə Festivalı”keçirilib.

Trend xəbər verir ki, festival “Ekoloji düşüncə ailədənbaşlayır” şüarı altında Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsi, Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı iləkeçirilib.

Tədbirdə ailələr, rəsmi qonaqlar, ziyalılar, media mənsubları,blogerlər, türk dövlətlərinin ölkəmizdəki səfirliklərininnümayəndələri iştirak edib.

Festivalda uşaqlar üçün müxtəlif ustad dərsləri (xalça toxuma,ebru sənəti, dulusçuluq, eləcə də gül çələngi, maqnit, eko-çantahazırlanması, gil ilə iş və s.), animatorların iştirakı iləəyləncələr və sonda konsert proqramı təşkil edilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Ailə, Qadın və UşaqProblemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki,ailə milli mənəvi dəyərli almaq, vətəndaş kimi böyümək, cəmiyyətəhazır bir şəxsiyyət kimi formalaşmağa şərait yaradan mühitdir.

O bildirib ki, bu mühit o qədər sağlam olmalıdır ki körpələrqayğı ilə böyüyüb bəşəriyyət üçün önəmli şəxsiyyət olsun.

"Qarşımızda dayanan əsas hədəf insan, kamil insanlardan ibarətcəmiyyətdir. Bizim iqtisadi, sosial, siyasi fəaliyyətlərininmərkəzində insanların mənafeyi dayanır. Bütün bunlar ilk sosialbirlik olaraq ailə mühitində insanlara aşılanır. Ailə çox önəmlivəzifəni yerinə yetirir. Xalqın millətin dayanıqlı həyatını təminetmək üçün ən əlverişli mühit ailədir. Milyonlarla cəmiyyətlərkiçik ailələrin nəticəsində formalaşır.

Azərbaycanda ailə mühiti yüksək səviyyədə yaradılır. Xalq olaraqbiz türk kimliyimizə sadiq qalmışıq, milli-mənəvi dəyərlərimizəsahib çıxmışıq, sərvətlərimizi söykənmişik. Bunun nəticəsidir kiölkəmiz Azərbaycan dünya ölkələri içərisində sözün yaxşı mənasındaseçilir, nümunəvi ölkə kimi təqdim edilir. Dövlət qurumları olaraqdünya ictimaiyyəti ilə birgə layihələr icra edirik. Ailəfestivalının keçirilməsində səbəb də məhz ailə anlayışınınmüqəddəsliyinə işarədir", - o deyib.

B.Muradova Qarabağa köç edən ailələrin də ata-baba yurdlarınaqayıdacaqlarına inanaraq vətənpərvər övladlar yetişdirdiyi diqqətçəkib: "Azərbaycan xalqı var olduqca, torpaqların bütövlüyününbərpasına inanıb. Torpaqlarımızın bütövlüyünü təmin edən qəhrəmanoğullar da məhz Azərbaycan ailəsində böyüyüblər. Bu oğulların vətənsevgisi də ailə mühitindən gəlir və vətən keşiyində dayanan bütünsoydaşlarımıza dərin təşəkkürlərimi bildirirəm. Azərbaycan bir dahaicazə verməyəcək ki, işğalçılıq, müstəmləkəçilik olsun. Biz türkkimliyimizi yaşaması, dünyaya sülh və ədalət daşıması üçün xidmətedəcəyik. Bu gün aramızda gəzən körpələr onların atalarının onlaramiras qoyduğu bütöv Azərbaycanı qoruyacaqlar. Ailə bütün inkişafındayaq nöqtəsidir".

Daha sonra tədbir bədii proqramla davam etdirilib.

Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
az.trend.az

1Mənbələr