AZ

Uğur Özdemirin Azərbaycan çempionatında İSTƏYİ

“Sabah bizi çətin oyun gözləyir. Hər iki komanda mövsümü uğurla başa vurmaq istəyir”.

İdman.biz xəbər verir ki, bunu "Xırdalan"ın baş məşqçisi Uğur Özdemir deyib.

Mütəxəssis Azərbaycan Basketbol Liqasında NTD-İNDİQO ilə bürünc medal uğrunda matç öncəsi fikirlərini açıqlayıb: "Qarşılaşmaya 2 oyunçusuz, cəzalı olan Cakori Arçi və Zeyver Bryuersiz çıxacağıq. Rotasiya imkanımız da çox olmayacaq. Amma belə hallarla əvvəl də qarşılaşmışıq. Bütün bunlara rəğmən, 3-cü pilləni tutmaq üçün əlimizdən gələni edəcəyik. Bu müddətdə basketbolçuları təkrarən oyuna kökləmək çətin işdir. Lakin onlar özləri də ən üst nöqtədə işlərini tamamlamaq istəyirlər”.

Qeyd edək ki, NTD-İNDİQO və “Xırdalan” arasında ilk görüş sabah saat 19:30-da “Sərhədçi” İdman Kompleksində start götürəcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
1
idman.biz

2Mənbələr