Türkiyənin Zonquldak şəhərində mədənin çökməsi nəticəsində 1 fəhlə ölüb, 1 fəhlə yaralanıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Kilimli rayonunda yerləşən mədəndə naməlum səbəbdən çökmə baş verib.
Bölgəyə təcili yardım, AFAD və jandarma əməkdaşları qrupları cəlb edilib.
Mədəndə köməksiz vəziyyətdə qalan 2 fəhlə çıxarılaraq Zonguldak Atatürk Dövlət Xəstəxanasına aparılıb.
Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə