AZ

Maraqlı hadisə: Bu pişiyin seçdiyi adam ölür – FOTO

ABŞ-ın Rod-Aylend ştatında qocalar evində övladlığa götürülən pişik qocaların ölümünü proqnozlaşdırır. Oskar adlı pişiyin indiyə qədər 100 nəfərin ölümünü proqnozlaşdırdığı bildirilir.

Turkustan.az xəbər verir ki, ABŞ-ın Rod-Aylend ştatında qocalar evində övladlığa götürülən pişik qocaların ölümünü proqnozlaşdırır. Oskar adlı pişiyin indiyə qədər 100 nəfərin öləcəyini bildiyi bildirilir.

Oskar qocalar evinin sakinlərinə vəfat etməmişdən əvvəl onlara rahatlıq təmin etmək üçün qəbul edilib. Bununla belə, Oskar qocalar evinin heç bir sakini ilə çox vaxt keçirmirdi, vaxtının çoxunu tək keçirirdi. Amma bir gün o, xüsusilə bir sakinə böyük maraq və böyük sevgi göstərdi. Həmin şəxs bir neçə gün sonra dünyasını dəyişib.

Qocalar evinin işçiləri Oskarın yalnız bəzi sakinlərlə son anlarını yaşayarkən onlarla vaxt keçirdiyini fərq etdi. Daha sonra işçilər Oskarın tezliklə öləcəyinə inandıqları yaşlı bir insanla vaxt keçirməyə razı salmağa çalışıblar. Oskar isə heç kimin tezliklə öləcəyini düşünmədiyi sağlam görünən bir insanı müşayiət etməyi seçdi.

Sağlam görünən bu insan bir neçə gündən sonra öldü. Oskar həyatı boyu 100-dən çox insanın ölümünü hansısa formada hiss edib və sonu onlarla olub.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
1
turkustan.az

2Mənbələr