AZ

Avropa İttifaqı İrana qarşı sanksiyalarını genişləndirib

Avropa İttifaqı (Aİ) İrana qarşı məhdudlaşdırıcı tədbirləri genişləndirmək haqqında qərar qəbul edib.

“Report” “İran İnternational”a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının bəyanatında bildirilib.

Məlumata görə, İran Rusiyanı Ukraynadakı müharibədə və Qırmızı dəniz bölgəsində Yəməndən olan husi qiyamçılarını dəstəklədiyi üçün sanksiyaya məruz qalıb.

Bildirilib ki, sanksiya siyahısına dron və onların komponentlərinin ixracı da daxil edilib. Bundan başqa İranın bir sıra hüququ və fiziki şəxslərinə də məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
12
report.az

10Mənbələr