AZ

Romalıların xoşbəxtliyin simvolu adlandırdığı - QARAQINIQ OTU

Dərman bitkiləri müxtəlif  xəstəliklərin müalicəsi və profilaktikasında istifadə olunan geniş bitki qrupudur. Bitkilərdən alınan dərmanlar təbii olub, süni və sintetik dərmanlara nisbətən orqanizm tərəfindən yaxşı mənimsənilir və heç bir əlavə təsir etmir.           Azərbaycan otlaqlarında toplanılmış, laboratoriya şəraitində qüvvətli antiseptik və antihelmint təsirə malik bitkilərdən biri də adi qaraqınıqdır.
Sağlamolun.az qaraqınıq otunun faydalarını təqdim edir: Vitamin və minerallarla zəngin bitkidir. Qədim Yunan və Romada “xoşbəxtliyin simvolu” olaraq adlanırdı. Qaraqınıq bitkisinə xalq arasında qara yarpız, qara nanə, qaraot, kəkotu da deyilir. Onun ətri kəklikotunun ətrinə çox bənzəyir.  Metabolizmanı gücləndirir buna görə də o dietik qida sayılır. Bu özəlliyinə görə qaraqınığı darçınla qarışdırıb detoks suyu hazırlaya bilərsiniz. Qurudulmuş qaraqınıq otundan çay dəmləyib içmək , xroniki mədə-bağırsaq xəstəliklərində hezm prosesini yaxşılaşdırır, ishtahanı açır, mədə şərəsi azlığında , mədə-bağırsaq traktı xəstəliklərində yaxşı təsir göstərir, mədədə iltihabı və spazmanı aradan götürür. Qaraqınıq otundan hazırlanmış çay öskürəyə qarşı yaxşı təsir göstərir, soyuqdəymə, bronxit və qrip kimi xəstəliklərin müalicəsində, həmçinin boğaz ağrılarında qarqara kimi istifadə edilir. Mərkəzi sinir sistemini sakitləşdirir, həzm prosesini nizamlayır, tər vəzilərinin fəaliyyətini artırır, bağırsaq peristaltikasını gücləndirir. Tərləməyi artıraraq zərərli toksinləri bədəndən qısa zamanda atılmasına təmin edir. Xalq təbabətində revmatizm zamanı oynaqların şişkinliklərində, podaqrada, amonoreyyada, ekzema, dəri səpkiləri və müxtəlif yaralanmalarda istifadə edilir. Bitkinin istifadə orqanı yeraltı hissəsi hesab edilir. Tərkibində 0,3-1,5% efir yağı (fenol, timol və onun izomerləri), aşı maddələr, acı maddələr, fitonsidlər, piqmentlər, kumarin, flavonoidlər, fenol, alkaloidlər, C, B1, B2 və digər vitaminlər vardır. Ən çox antiseptik efir yağı olan timol vardır. Efir yağları mədə-bağırsaq vəzilərini, bronxları və bağırsaqların peristaltikasını artırır və onları tonuslandırır. Qaraqınıq bitkisinin efir yağından diş ağrılarında istifadə edilir. Efir yağından parfümeriyada, sabun və ətirlərin tərkibinə daxil edilir. Ağır həzm olunan yeməklərdə ədviyyat kimi istifadə edilir. Arı və böcək sancmalarında ağrını kəsib rahatlatır. Bunun üçün bir çay qaşığı dolu bitkinin qaynadılıb üzərinə sürtüb masaj etmelisiniz. Həmçinin apteklərdən bunun yağını alıb yara və kəsiklərin üzərinə vurmaq olar. 

Saglamolun.Az





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
168
saglamolun.az

1Mənbələr