AZ

“Baku Flames” növbəti qələbəsini qazanıb

Azərbaycanın hokkey üzrə “Baku Flames” komandası Tatarıstanın paytaxtı Kazanda keçirilən “Orxis Cup” beynəlxalq turnirində daha bir qələbə qazanıb.

İslam ölkələri arasında keçirilən yarışda təmsilçimizin növbəti rəqibi İran olub. Qarşılaşma komandamızın 11:6 hesablı üstünlüyü ilə başa çatıb.

Qeyd edək ki, “Baku Flames” Bəhreyn komandası ilə keçirdiyi ilk qarşılaşmada 8:3 hesablı qələbə qazanıb. Tarixində ilk dəfə beynəlxalq turnirdə iştirak edən Azərbaycan komandası ilə yanaşı, medallar uğrunda Türkiyə, Qazaxıstan, Pakistan, Monqolustan, İran, Livan, Bəhreyn, Tatarıstan və Qırğızıstan təmsilçiləri də mübarizə aparırlar.

L.QURBANOVA XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
3
xalqqazeti.az

4Mənbələr