AZ

Bu hərəkətdən sonra qadının çənəsi çıxdı - MARAQLI HADİSƏ

ABŞ-də bir qadının əsnədikdən sonra çənəsi yerindən çıxıb.


Sfera.az "Inside Edition" portalına istinadən xəbər verir ki, hadisə Cenna Sinatra adlı qadının başına gəlib. Belə ki, Sinatra idman zalından evə qayıdarkən əsnəyib və bir daha ağzını qapaya bilməyib. Bundan sonra o, xəstəxanaya gedib və müalicə alıb.

 

Cenna çənəsini normal vəziyyətə qaytarmaq üçün dörd həkimin nəzarətindən keçib. Ona əzələləri rahatlaşdıran xüsusi dərmanlar verilib.

 

"Əzələlərin spazmı nəticəsində alt çənə yerindən sürüşüb. Bu da ağızın qapanmamasına səbəb olub", - onun həkimi qeyd edib.

 

Cenna Sinatra ağrılı təcrübədən sonra əsnəməkdən qorxduğunu bildirib. 

 

İnci

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
sfera.az

1Mənbələr