AZ

AYNA xəbərdarlıq etdi: “Cərimələnəcəklər”

Xəbər verildiyi kimi, sürücülər taksilərlə bağlı qəbul olunan qərardan yan keçmək üçün müxtəlif üsullardan istifadə edirlər.

Sosial şəbəkələrdə yazılanlara görə, sürücülər taksi kimi yeni avtomobili qeydiyyatdan keçirir, lakin ünvana gedən avtomobil tamam başqa, yəni köhnə, istismarı qadağan edilmiş avtomobil olur. Görünür, taksi sürücüləri hər vəziyyətdən bir çıxış yolu tapırlar. 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Tural Orucov “Cebhe.info”-nun sorğusuna cavab olaraq bildirib ki, bu, inzibati məsuliyyət yaradan haldır: 

“Vətəndaşların bu cür hallarla rastlaşacağı təqdirdə AYNA-ya və taksi sifarişi operatorlarına məlumat verməsi tövsiyə olunur. Qaydaları pozan sürücülərə qarşı cərimə sanksiyası tətbiq olunacaq və onlar xətdən kənarlaşdırılacaqlar”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
cebheinfo.az

1Mənbələr