AZ

Azərbaycanla sülh müqaviləsi imzalamağın vaxtı çatıb - Paşinyan

Bakı. Trend:

Azərbaycanla əldə olunmuş razılaşmaları sülh müqaviləsinə daxiletməyin və müqaviləni imzalamağın vaxtı çatıb.

Trend xəbərverir ki, bu barədə Ermənistanın baş naziri Nikol PaşinyanKopenhagen Demokratiya Sammitində çıxışında deyib.

"Bu yaxında Azərbaycanla dövlətlərarası sərhədlərimizin 1991-ciil Alma-Ata Bəyannaməsi əsasında delimitasiyasının başlaması barədərazılaşma əldə etdik. Sərhədlərin delimitasiyasının başlaması2022-ci il oktyabrın 6-da Praqada keçirilən tarixli dördtərəfligörüşdə əldə edilmiş razılaşmaların icrasıdır. Artıq burazılaşmaları sülh sazişinə daxil edərək onu imzalamağın vaxtıçatıb", - o deyib.

Xatırladaq ki, 10-11 may 2024-cü il tarixlərində AzərbaycanRespublikasının xarici işlər naziri Ceyhun Bayramov və ErmənistanRespublikasının xarici işlər naziri Ararat Mirzoyan arasındaQazaxıstanın Almatı şəhərində danışıqlar aparılıb.

Nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldəedilmiş razılaşmaları alqışlayıblar. Nazirlər və onların nümayəndəheyətləri "Azərbaycan və Ermənistan arasında sülhün vədövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfliSaziş" layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər.Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalanməsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakısərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsindəaparılan geodeziya ölçmələri əsasında 2024-cü il mayın 6-dək 40sərhəd dirəyi quraşdırılıb.

İki dövlətin ekspert qruplarının işi davam edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
3
az.trend.az

5Mənbələr