AZ

Bu istiqamətdə qarşılıqlı əməkdaşlığa böyük ehtiyac var...-Taleh Əliyev- ÖZƏL

"COP29-a ev sahibliyi edən ölkəmizdə ekoloji siyasət dövlətin prioritet istiqamətlərindən biridir. Bu sahəyə cavabdeh dövlət qurumları tərəfindən müvafiq dövlət proqramları müntəzəm olaraq icra olunur".

Bu fikirləri Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri Taleh Əliyev Olaylar.az-a açıqlamasında bildirib:

"Mövcud qanunvericilik bazası vəzifəli şəxslərin və sadə vətəndaşların bu istiqamətdə hüquq və öhdəliklərini müəyyən edir. Heç şübhəsiz ki, dünyanın başqa ölkələrində olduğu kimi bizim ölkəmizdə də həm vəzifəli şəxslər, həm də sadə vətəndaşlar tərəfindən zaman-zaman ekoloji sahədə müxtəlif qanun pozuntularına yol verilir. Belə hallarla mübarizədə hüquq mühafizə orqanları ilə paralel medianın və vətəndaş cəmiyyəti institutlarının rolu əvəzsizdir. İnanıram ki, bu istiqamətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları, hüquq mühafizə orqanları, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əməkdaşlığı ana təbiətə qarşı həyata keçirilən qeyri-qanuni əməllərin qarşısını alar və vətəndaşlar arasında ekoloji təfəkkürün inkişafına öz töhfəsini verər. Ona görə də hesab edirəm ki, bu istiqamətdə qarşılıqlı əməkdaşlığa böyük ehtiyac vardır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
olaylar.az

1Mənbələr