AZ

Həbsdən çıxan sabiq məmur DSMF-ni məhkəməyə verdi

Dövlət Sığorta Kommersiya şirkətinin Xaçmaz filialının sabiq direktoru Dəmirov Fərhad Ağamurad oğlu ”Dövlət Sosial Müdafiə Fondu” Publik Hüquqi Şəxsi məhkəməyə verib.

32gun.az “Unikal”a istinadən xəbər verir ki, Bakı İnzibati Məhkəməsinin hakimi Aygün Abdullayevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində məlum olub ki, sabiq direktor pensiya təminatından narazıdır. 

Xatırladaq ki, Fərhad Dəmirov 2020-ci ilin 17 noyabr tarixində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 311-ci (rüşvət alma) maddəsi ilə həbs edilmiş, bu ilin yanvar ayında isə şərti azadlığa çıxıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
230
2
32gun.az

3Mənbələr