AZ

"NTD-İndiqo"nun basketbolçusu: Bütün matçlara yalnız qələbə üçün çıxırıq

Biz hər matça yalnız qələbə üçün çıxırıq.

"Report"un məlumatına görə, bunu "NTD-İndiqo"nun basketbolçusu Əkbər Məmmədov Azərbaycan Basketbol Liqasında "Xırdalan"a qarşı keçirəcəkləri oyunlar barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Oyunçu yarımfinalda "Xəzri"yə səhvlər ucbatından yenildiklərini bildirib: "Həm də şans tərəfimizdə deyildi. İlk oyunda "Xəzri" bizi məğlub etmədi, özümüz uduzduq. İkinci görüşdə hər şey yaxşı gedirdi. İrəlidə idik, amma dördüncü hissədə qələbəni rəqibə verdik. Düşünürəm ki, daha çox şeyə layiq idik. Amma "Xırdalan"la oyunlarda yalnız qələbə üçün oynayacağıq".

Qeyd edək ki, tərəflər arasındakı ilk matç mayın 15-də baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
244
4
report.az

5Mənbələr