AZ

Putinin yeni köməkçiləri kimlərdir? - SİYAHI - YENİLƏNİB + FOTO

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi vəzifəsinə Nikolay Patruşevlə yanaşı Aleksey Dyumin və Ruslan Edelqeriyev də təyin olunub.

52 yaşlı Aleksey Dyumin 1996-2013-cü illərdə Rusiya Federal Mühafizə Xidmətində vəzifəli olub, ölkə daxilinə və xaricinə səfərlərdə prezidenti müşayiət edib. Daha sonra Rusiya Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinə komandanlıq edib, 2015-ci ildə Rusiya Quru Qoşunları baş komandanının birinci müavini təyin edilib. 2016-cı ildən Tula vilayətinə rəhbərlik edib.

49 yaşlı Ruslan Edelqeriev əvvəllər Putinin müşaviri olub. Son 6 ildə o, həm də Prezidentin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışıb. 2012-2018-ci illərdə Çeçenistanın baş naziri olub.

12:10

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov yenidən Rusiya prezidentinin mətbuat katibi vəzifəsinə təyin edilib.

Bu barədə Kremlin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, həmçinin, Nikolay Patruşev Rusiya Prezidenti Vladimir Putinin köməkçisi təyin olunub. 

Putinin qərarına əsasən, eyni zamanda, Anton Vaynon yenidən Prezident Administrasiyasının rəhbəri olub, Aleksey Qromov və Sergey Kiriyenko Prezident Administrasiyası rəhbərinin birinci müavinləri vəzifələrində qalıblar.

Maksim Oreşkin Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib. Bundan əvvəl o, dövlət başçısının köməkçisi vəzifəsində olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
5
seher.media

6Mənbələr