AZ

Bu ölkələr Aİ-nin Gürcüstana qarşı mümkün sanksiyalarını bloklayacaq

Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi üçüncü və yekun oxunuşda qəbul olunarsa, Avropa Şurası yalnız bəyanat qəbul edə biləcək, çünki Brüsselin daha sərt addımları Macarıstan və Slovakiya tərəfindən dəstəklənməyəcək.

Musavat.com xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Avropa Bürosunun redaktoru Rikard Jozviak məlumat yayıb.

“Avropa İttifaqı xarici agentlər haqqında qanunun yekun qəbulu halında Gürcüstanla bağlı bəyanat hazırlayır. Yəqin ki, sadəcə Borrelin bəyanatı olacaq, çünki Macarıstan və Slovakiya bu məsələni bloklaya bilər”, - deyə jurnalist sosial şəbəkələrdə yazıb.

Bundan əlavə, gürcü mətbuatının yazdığına görə, Avropa Parlamentinin Niderlanddan olan deputatı, Xarici Əlaqələr Komitəsinin üzvü Teis Reyten hazırkı vəziyyəti “tamamilə çirkin, lakin proqnozlaşdırıla bilən” adlandırıb.

“Putinin Macarıstandakı yoldaşları Orban və Slovakiyadakı Fitso Aİ-nin “Gürcü arzusu”na qarşı tədbirlərinə mane olur. Gürcülərin vaxt lüksü yoxdur. Rusiya qanunu ilə bağlı yekun səsvermə sabah keçiriləcək. İndidən sanksiyaları hazırlayın”, - deyə Jozviak hətta çağırış da edib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
musavat.com

1Mənbələr