AZ

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib

Gürcüstan parlamenti hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

E-huquq.az xəbər verir ki, qanun layihəsinin lehinə 84, əleyhinə 30 deputat səs verib.

Sənəd imzalanmaq üçün Prezident Salome Zurabişviliyə təqdim olunacaq.

Qeyd edək ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbul edilməsindən sonra Tbilisidə mitinq iştirakçıları ilə polis arasında qarşıdurma yaşanıb, iğtişaşlar baş verib.

Gürcüstan polisi iğtişaşçıları saxlayır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
228
11
e-huquq.az

10Mənbələr