“Məsum yəhudilərin həbs düşərgələrində öldürülməsi yanlış olduğu kimi, bu gün günahsız fələstinli uşaqları yataqlarında bombalarla öldürmək də bir o qədər yanlışdır”.
“AzPolitika” xəbər verir ki, bunu Türiyənin xarici işlər naziri Hakan Fidan Ankarada avstriyalı həmkarı Aleksandr Şallenberq ilə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.
O, HƏMAS-ın terror təşkilatı yox, müqavimət hərəkatı olduğunu qeyd edib.
“Buradakı müharibə bir anda ortaya çıxan bir müharibə deyil. Burada bir işğal var. Beynəlxalq ictimaiyyət bu vəziyyətdə heç nə edə bilmədi. Türkiyə 7 oktyabrda mülki vətəndaşların öldürülməsini qınadı. Amma İsrailin sonradan minlərlə fələstinlini sistematik şəkildə qətlə yetirməsi və bütöv bir qəsəbəni yaşayış üçün yararsız hala salması insanlığa qarşı cinayətdir”,-deyə H. Fidan bildirib.
“AzPolitika.info”