AZ

"Paşinyan mitinqlərə hazırlaşır" - Politoloq

"Paşinyan hakimiyyəti keşiş Qalstanyana qarşı mübarizə üçün öz tərəfdarlarını mitinqə hazırlayır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli bildirib ki, hakim partiyanın parlament fraksiyasının qapalı iclasında müzakirə olunan ilk məsələ legitim hakimiyyətin qorunmasıdır:

"Baş nazirin partiyasından olan deputatlar qapalı iclasda həmçinin keşiş Baqrat Qalstanyanın başçılığı ilə başlayan hərəkata qarşı mübarizənin üsul və formalarını da müzakirə edə bilərlər. Paşinyanın tərəfdarları Qalstanyanın meydana yığdığı adamlardan 3-4 dəfə çoxdur. Bu müstəvidə yəqin ki, Paşinyan tərəfdarları yeni mitinqə hazırlaşır. 
 


Hazırda Paşinyan Danimarkada səfərdədir. Oradan gələndən sonra iqtidar mitinq keçirməyi planlaşdırır. İclasda da yəqin ki, həmin aksiyaya hazırlıq məsələləri müzakirə edilib. Bu yolla iqtidar özünün elektoral bazasının müxalifətlə müqayisədə daha güclü olduğunu bir daha ortaya qoymağı düşünür. Proseslər belə deməyə əsas verir ki, Paşinyan bu sınaqdan da uğurla çıxacaq və hakimiyyətini qoruyub saxlayacaq".

Qeyd edək ki, Ermənistanın hakim Vətəndaş Sazişi Partiyasının parlament fraksiyası qapalı iclas keçirib. Bu barədə Ermənistan saytları məlumat verir. İddialara görə, iclasda Ermənistanda yaşanan situasiya müzakirə predmeti olub. 

Rüfət Sultan

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
qaynarinfo.az

1Mənbələr