AZ

"Mançester Yunayted"də gözlənilməz ayrılıq

"Mançester Yunayted" müdafiəçi Rafael Varanın mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Fransa millisinin tərkibində 2018-ci ilin dünya çempionu 2021-ci ilin yayında 40 milyon avroya "Real Madrid"dən "Mançester Yunayted"ə keçib. 31 yaşlı fransalı "Yunayted"in heyətində 93 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Müdafiəçinin müqaviləsində "Mançester Yunayted"ə oyunçu ilə əməkdaşlığı daha bir mövsüm - 2025-ci ilin yayına qədər uzatmağa icazə verən bənd var idi, lakin Mankunian klubu bundan istifadə etməmək qərarına gəldi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
offsideplus.az

1Mənbələr