AZ

Azərbaycanın akrobatika gimnastları Dünya Kubokunda iştirak edəcəklər

Azərbaycanın

Bakı, 14 may, AZƏRTAC

Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Maya şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışda Ağasif Rəhimovla Raziyyə Seyidli, Sabir Ağayevlə Milana Əliyeva qarışıq cütlüyü, Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüyü, Riad Səfərov, Abdulla Əl-Məşayxi, Seymur Cəfərov və Rəsul Seyidli kişi qrupu bacarığını nümayiş etdirəcək.

Milli komanda məşqçilər İradə Qurbanova və Leyla Əliyevanın rəhbərliyi altında mübarizə aparacaq.

Həmçinin turnirdə Dürdanə Əhmədova hakim kimi ölkəmizi təmsil edəcək.

Dünya Kuboku mayın 17-19-da təşkil olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
33
azertag.az

10Mənbələr