AZ

Növbəti mövsümdə də dogma şəhərdən didərgin düşəcəklər

“Araz-Naxçıvan” növbəti mövsümdə də bu gedişlə dogma yurda qayıda bilməyəcək.

Əsas problem Naxçıvan şəhər stadionu ilə əlaqədardır.

Muxtar Respublikanın Nazirlər Kabineti martda arena ilə bağlı tender keçirilsə də, o tarixdən bəri daş daş üstünə qoyulmayıb.

Baxmayaraq ki, tenderə qatılan Türkiyə şirkəti qalib olub, hələ də onlarla müqavilə imzalanmayıb.

Yenidənqurma prosesinin nə vaxt start götürəcəyi bu gün də dəqiq bilinmir.

Deyəsən, yerli qurumlardan bunu düşünən, narahat olan da yoxdur. Hər halda aradan ötən müddətdə klubu sevindirəcək kiçik bir addıəm da atılmayıb.

Burada görüləcək işlərin miqyası ilə kifayət qədər böyükdür. Mərkəzi stadion başdan-başa təmir olunmalıdır, təkcə qazonu dəyişməklə problem həllini tapmayacaq.

Peşəkar Futbol Liqasının tələbləri çoxdur və çoxdandır təmir üzü görünməyən idman qurğusu indi kompleks yenilənməlidir, ərazidə müxtəlif tikililər inşa ediməlidir.

Doqquz illik aradan sonra Premyer Liqaya qayıtmış “Araz-Naxçıvan” Mərdəkan qəsəbəsinə sığınıb. Region təmsilçisi rəqiblərini “Dalğa Arena”da qəbul edir.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
sportinfo.az

1Mənbələr