AZ

Aytən Səfərova dedi - qodulara son qoydu

Bir müddət əvvəl avtomobil qəzası keçirmiş Xəzər TV-nin aparıcısı Aytən Səfərova ilə bağlı istintaq prosesi davam etdiyi üçün aparıcının işə geri dönməsinin məqbul sayılmadığı iddia olunub.

Məsələ ilə bağlı tanınmış aparıcı Aytən Səfərova "Cebhe.info"-ya açıqlamasında bildirib ki, ilk gündən Xəzər TV-nin prezidenti Murad Dadaşov da, kollektiv də onu dəstəkləyib, hər gün zəng ediblər: 

"Sadəcə səhhətimdə müəyyən problemlər var, zahirən normal görünsəm də, daxilimdə qabırğa sınığı var. Bu da dəhşətdir, mən ekrana çox baxa bilmirəm, ona görə də işə gedib saatlarla efirdə kompüter arxasında işləyə bilmərəm. Üstəlik, həkim tərəfindən mənə yarım yataq rejimi təyin olunub. Bununla yanaşı, həm də psixoloji məsələ də var. Bu mərhələləri keçəndən sonra işə qayıdacam, televizyadan da mənə deyirlər ki, toparlan, işə qayıt. Yəni heç bir problem yoxdur".

Xatırladaq ki, aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.

Nəticədə İsmayıl Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
cebheinfo.az

1Mənbələr