AZ

Ukrayna üçün həlledici döyüş

Rusiya Silahlı Qüvvələri Xarkova təzyiqləri artırdığı üçün Ukrayna həlledici döyüşə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə “Politico” yazır.

“Rusiya qoşunları Ukraynanın ikinci ən böyük şəhəri Xarkov və onun ətraf rayonlarına hücum edir. Bəzi əlamətlərə görə, qarşıda bütün qarşıdurmanın nəticəsini əvvəlcədən müəyyən edə biləcək həlledici döyüş gedir”, - nəşr yazıb.

Məlumata görə, Rusiya əsas diqqətini Xarkovdakı hücuma yönəldəcək. Adi atəş, bombardman və raket hücumlarının daha sonra genişmiqyaslı hücum üçün əlverişli şərait yaradacağı gözlənilir.

“Ukrayna üçün başqa bir risk Rusiyanın Kiyev ətrafındakı bölgəyə irəliləmək cəhdidir. Ukrayna hakimiyyəti paytaxtın müdafiəsinə on yeni briqadadan beşini göndərməklə Kiyevin müdafiəsini gücləndirməyi planlaşdırır”, - materialda qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
publika.az

1Mənbələr