AZ

Həyat yoldaşının qətlində təqsirləndirilən qadının məhkəməsi keçirilib

“Sərhədçi” idman kompleksində kikboksinq üzrə məşqçi olmuş Nurani Qalabəylinin qətlində təqsirləndirilən həyat yoldaşı Əfsanə Qalabəylinin psixoloji vəziyyəti ilə bağlı keçirilən təkrar ekspertiza rəyinin nəticəsi açıqlanıb.

E-huquq.az-ın əldə etdiyi məlumatına görə, həkim rəyi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

Məumat üçün deyək ki, ibtidai istintaq zamanı keçirilmiş eksperiza rəyində təqsirləndirilən şəxsin hadisəni törədərkən hər hansı sixoloji probleminin olmadığı qənaətinə gəlib.

Məhkəmə istintaqı dövründə isə Ə.Qalabəylinin vəkili Zibeydə Sadıqovanın vəsatəti əsasında Əfsanə yenidən tibbi-psixoloji ekspertizadan keçirilib.

Rəydə onun hadisəni törədərkən anlaqsız olduğu qeyd edilib.

Prokuror həkim rəyi ilə razılaşmayıb, təqsirləndirilən şəxs bir daha tibbi ekspertizaya göndərilib.

Bu günlərdə sonuncu ekspertiza rəyinin də cavabı hazır olub.

Həkimlər yenə də rəydə Əfsanə Qalabəylinin cinayət törədərkən anlaqsız olduğunu yazıblar.

Yaxın günlərdə məhkəmə araşdırması qaldığı yerdən davam edəcək.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Ə.Qalabəyli şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı həyat yoldaşı, 1974-cü il təvəllüdlü N.Qalabəylini yaşadığı mənzildə bıçaqla qətlə yetirməkdə şübhəli bilinir.

Ə.Qalabəyliyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Xatırladaq ki, N.Qalabəyli “Sərhədçi” idman kompleksində kikboksinq üzrə məşqçi işləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
2
e-huquq.az

2Mənbələr