AZ

Nazirin müşaviri təqaüdə göndərildi

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə vəzifəsindən azad olunub.

“Qafqazinfo” xəbər verir ki, artıq onun adı nazirliyin saytında müşavirlər sırasından çıxarılıb.

Məsələ ilə bağlı ETSN-lə əlaqə saxladıq. Qurumun mətbuat katibi İradə İbrahimova saytımıza bildirdi ki, R. Səttarzadə dövlət qulluğunda son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, Rasim Səttarzadə 2021-ci ildən bu vəzifəyə təyin olunmuşdu. Bundan əvvəl nazirliyin Ekoloji siyasət şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
qafqazinfo.az

1Mənbələr