AZ

Ekspertlərdən təklif: gömrük rüsumu azı 55 faiz artırılsın

Çinli elektromobil istehsalçıları ilə Avropa Komissiyası arasında münasibətlər gərginləşir. 

Avtosfer.az xəbər verir ki, Komissiyanın çinli istehsalçılara hökumət dəstəyini araşdırmaq cəhdi nəticə verməyib. Bütün böyük istehsalçılar komissiya ilə əməkdaşlıqdan imtina ediblər (yerli bazar üçün maşın istehsal edənlər Avropanı ümumiyyətlə maraqlandırmır – müəl.) Çinin Ticarət palatası isə Brüsselin subsidiyaları araşdırmaq cəhdini qərəzli və çinli istehsalçıları sıxışdırmaq cəhdi kimi şərh edib. 


Hazırda Çinli istehsalçılar Avropaya satdıqları elektromobillərə görə 10% rüsum ödəyirlər. Bu da onların daha ucuz qiymət təklif edərək bazarda rahat fəaliyyətinə imkan verir. Avropa Komissiyası rüsumu 25-30%-ə qaldırmağı təklif edir. 


Lakin avtomobil ekspertlərinin fikrincə 30 faizlik rüsum özü də çinlilər üçün ciddi baryer deyil. Real nəticə üçün 2 yol var: ya rüsumu minimum 55%-ə qaldırmaq, ya da daha radikal addım ataraq Çin avtomobillərinin idxalını qadağan etmək. İkinci variant hazırda mümkün hesab edilmir.

Vüqar Yaşaroğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
avtosfer.az

1Mənbələr