AZ

Serbiya klubunun futbolçusu: "Zirə"nin mövsümü yuxarı pillədə başa vurması üçün keyfiyyəti var"

Serbiyanın "Radniçki Niş" klubunun yarımmüdafiəçisi, "Zirə"də oynamış Andriya Lukoviç Sportal.az saytına açıqlama verib.

O, "Zirə"nin bu mövsümkü performansını dəyərləndirib. 29 yaşlı futbolçu sabiq koamndasının avrokuboklara vəsiqə qazanacağına inandığını bildirib:

"Zirə"nin çıxışını çox yaxşı dəyərləndirirəm. Onların qalib gələ biləcəyi hələ çox oyun var idi, sadəcə bəxtsizlik də oldu. Bu komandanın mövsümü yuxarı pillədə başa vurması üçün keyfiyyəti var. Məncə, onlar bunu edəcəklər, ikinci pillədə olacaqlar. "Zirə" həqiqətən də yaxşı komandadır. Onlar ölkə kubokunda da final oynayacaq. Heç də asan olmayacaq. Çünki rəqib "Qarabağ"dır. Mövsümün də sonuna az qalıb. Fikrimcə, "Zirə" avrokuboklara yollanmaq üçün çox yaxşı şansa sahibdir. Bu şansdan da uğurla istifadə edəcəklərini düşünürəm. Komandanın çox güclü və yaxşı müdafiəsi var. Üstəlik, komanda yaxşı yaxşı qolkiperə sahibdir. Hücumda da fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Ümumilikdə isə "Zirə" çox yaxşı kollektivdir".
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
sportal.az

1Mənbələr